Access Bars

Barların aktivləşdirilməsi – 32 nöqtə.

Access Bars® sessiyası başda yerləşən və müxtəlif həyat sahələrinə (hisslər, pul, sağlamlıq, münasibətlər, yaradıcılıq, seksuallıq, ünsiyyətcillik və sairə) cavab verən 32 energetik nöqtəyə təsir etmək üçün nəzərdə tutulub. Yüngül toxunuş zamanı həmin nöqtələr aktivləşir.

Beyin dalğalarının tezliyi yavaşlayır və insanın uşaqlıqdan və ya başqa həyatlardan təsir etməsinə imkan verdiyi davranış modelləri, fikir sistemi, baxışlara giriş açılır. Nəticədə sərbəst şəkildə, səy göstərmədən təhtəlşüurun həyatı tam və xoşbəxt yaşamağa mane olan köhnə emosiyalar, məhdudlaşdırıcı proqram, fikir və inanclardan təmizlənmə prosesi baş verir!

Bu kompüterinizdə “sil” düyməsinə basmaq kimidir. Barların işə salınması zamanı lazımsız fayllar silinir, bundan sonra onlar avtomatik şəkildə işə salınmır. Beləliklə, həyatınıza həqiqətən istədiyiniz bütün YENİLİKLƏRİ daxil etməküçün yer açılır. Siz isə daha şüurlu biri olursunuz.

Proseduranın özü gözəl, rahatladıcıdır və effekt bir neçə saniyə nöqtələrə – “BAR”lara toxunmaqlaəldə olunur. Artıq prosedura zamanı pasiyentin rahatladığı görünür, seansın sonuna yaxın isə bunusınayan istənilən pasiyent tamamilə yüngülləşir və onun bədəni, ruhu və psixologiyası rahatlıq vəziyyətinə keçir.

Nöqtələrə təsir edərək onların aktivləşdirilməsi ilə siz şüurunuzun neyron əlaqələrində
məhdudlaşdırıcı fikirləri yerində saxlayan enerjini boşaldırsınız. Hər seans sizə rahatlıq hissi və yeni enerji bəxş edəcək.

Yerində təsbit etdiyiniz istənilən fikirlər, ideyalar, münasibətlər, qərarlar və ya inanclar enerjini bloklayacaq və sizin bu sahədə nəyisə dəyişmək qabiliyyətinizi və əldə etmək imkanınızı məhdudlaşdıracaq. Təsbit edilmiş enerjini dəyişin və siz bu aspektlə əlaqəli məhdudiyyətlər, maneə və çətinliklərdən azad olacaq və müsbət dəyişikliklərin həyatınıza asanlıqla girməsinə imkan verəcəksiniz.

Aksses bars metodu ilə nöqtələrin aktivləşdirilməsi artıq 20 ildən çoxdur ki öz effektivliyini sübut etməyə davam edir. Çox sayda insan yardım alıb, bədəninin və həyatının müxtəlif aspektlərini, o cümlədən stress, narahatlıq, münasibətlər, maliyyə və sağlamlıqla bağlı aspektləri dəyişib.

Bakıda Access Bars sessiyalarını və təlimi sertifikatlaşdırılmış Access Bars fasilitatoru
Yelena Qolubyeva keçirir.

Sessiyalar 1,5-dan 2 saatadək davam edir və yalnız əyani keçirilir!

Təlim 9 saat davam edir!

Yazılmaq üçün 051 911 2 444 nömrəsi ilə əlaqə saxlamaq lazımdır